12:48
497.jpg)
Rahul Qandinin rəhbərlik etdiyi Hindistan müxalifət qüvvələri hakimiyyət hərisliyi ilə ölkədə anarxiya yaratmağa çalışırlar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə respublikanın Müdafiə naziri Racnat Sinqh bəyan edib.
Nazir Seçki Komissiyasına və seçici siyahılarının yoxlanılmasına qarşı keçirilən etirazlarla bağlı müxalifəti kəskin tənqid edərək, onu siyasi həyəcan yaratmaqda və hökuməti sabitlikdən çıxarmağa cəhd etməkdə ittiham edib. Onun sözlərinə görə, müxalifət nümayəndələri gənclərdən paytaxtda iğtişaşlar törətmək üçün istifadə edir və demokratik prosesdən kənar hakimiyyət dəyişikliyinə can atırlar.
"Dehlidə bir çox insidentlər baş verib. Belə görünür ki, "Konqres" (Rahul Qandinin müxalif Hindistan Milli Konqresi (HMK) partiyası) və onun mütəffüqləri gənclərin köməyi ilə anarxiya yaratmağa çalışırlar", - deyə Sinqh bildirib. "Onlar hakimiyyəti Banqladeş nümunəsində dəyişmək istəyirlər, digərləri isə hökumətin sabitliyini pozmaqdan danışırlar", - deyə nazir əlavə edib və vurğulayıb ki, müxalifətin mübarizəsi ədalətli seçim üçün deyil, hakimiyyəti ələ keçirmək üçündür.
Məryəm Quliyeva