Mədət Quliyevdən Lamiyə Quliyeva ilə bağlı açıqlama Hadisə

Mədət Quliyevdən Lamiyə Quliyeva ilə bağlı açıqlama

"Onun uşağının atası müəyyən olunacaq"

Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev Lamiyə Quliyeva məsələsindən danışıb.
Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev AzVision.az-a müsahibəsində məhkum Lamiyə Quliyeva ətrafında gəzib-dolanan söz-söhbətlərə və bu məsələ ilə bağlı bir sıra ciddi məqamlara aydınlıq gətirib.
M.Quliyev mətbuatda geniş müzakirə olunan bu məsələnin aydınlaşacağını deyib:
"Hər şey aydınlaşacaq. Bizim xidmətə qarşı heç bir irad bildirilməyəcək. Bunu hər kəs görəcək. Allaha şükür ki, artıq Baş Prokurorluq bu məsələ ilə məşğul olur. Biz biləndə ki, Lamiyə hamilədir, ona kömək elədik ki, uşağını rahat şəkildə dünyaya gətirsin. Onun üçün bütün şəraiti yaratdıq. Bu adi bir haldır. Belə şeylər ola bilir".
Penitensiar Xidmətin rəisi L.Quliyevanın həbsxanada dünyaya gətirdiyi övladının atasının müəyyən ediləcəyini bildirib:
"Bu məsələ tərəfimizdən, təbii ki, araşdırılacaq. O ki qaldı, həmin şəxs bunu təkzib edərək ayrı şeylər deyir. Onun uşağının atası da müəyyən olunacaq. Hamı onu tanıyacaq".