FHN: Ötən gün 14 yanğına çağırış olub, 5 nəfər xilas edilib Hadisə

FHN: Ötən gün 14 yanğına çağırış olub, 5 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə,“112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 14 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 5 nəfər xilas edilib, o cümlədən “Mercedes” markalı mikroavtobus və “BАЗ” markalı minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğramış mikroavtobusda sıxılı vəziyyətdə qalan 1 nəfər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib, 1 nəfər yanıq xəsarəti alıb.