Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
5 İyun 2021 19:42
4 088
Minalanmış ərazilərin xəritəsinin olmaması Rusiyanın Qarabağdakı sülhməramlı missiyasına da təsir göstərir.
Bunu Trend-ə rusiyallı ekspert, tarix elmləri namizədi Natalya Yeryomina deyib.
O bildirib ki, mina sahələrinin xəritəsi olmadan ərazini stabilləşdirmək və regionda əlaqələrin bərpa olunması yönündə irəliləmək mümkün olmayacaq.
Ekspert Ermənistanın mina xəritələrini verməməsini ciddi problem adlandırıb:
"Minalanmış ərazilərin xəritəsinin olmaması Rusiyanın sülhməramlı missiyasına da təsir edir. Fikrimcə, Rusiya tərəfi öz tapşırıqlarını yerinə yetirə bilmək üçün minalar barədə məlumatları almaqda maraqlıdır".