Prezident yol qovşaqlarında tikinti ilə maraqlanıb Hadisə

Prezident yol qovşaqlarında tikinti ilə maraqlanıb

Prezident İlham Əliyev dünən paytaxtda inşası davam etdirilən bir sıra yol qovşaqlarında və yol ötürücülərində tikinti işlərinin gedişi ilə tanış olub.
APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə paytaxtın Ziya Bünyadov prospektinin Müzəffər Nərimanöv küçəsi ilə kəsişməsində yol ötürücüsünün tikintisi ilə tanış olub.
Sonra prezident İlham Əliyev Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində inşa olunan müxtəif səviyyəli yol qovğaşının yerləşdiyi əraziyə gəlib. Burada görülən işlər barədə də dövlət başçısına məlumat verilib.
Daha sonra İlham Əliyev Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində-Xutor dairəsində inşa olunan müxtəlif səviyyəli yol qovşağında tikinti işlərinin gedişi ilə tanış olub.
İnşaat işlərinin gedişi ilə yaxından tanış olan prezident müvafiq göstərişlərini verib.