Azərbaycan XİN rəhbəri ABŞ dövlət katibi ilə Ermənistanla normallaşma prosesini müzakirə edib
Prezident İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
Prezident İlham Əliyev Davosda “Vestas Wind Systems” şirkətinin nümayəndəsi ilə görüşüb
Baş Prokurorluq həkim cərrahla bağlı Səhiyyə Nazirliyinə təqdimat göndərib
10 İyun 2021 13:28
2 464
Azərbaycana daha 40 min doza “Sputnik V" vaksini gətirilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib. Məlumata əsasən, Azərbaycanda “Sputnik V” vaksininin istifadəsinə mayın 18-dən başlanılıb. İndiyədək ümumilikdə 80 min doza “Sputnik V” peyvəndi ölkəyə gətirilib.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiyanın “HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat sazişinə əsasən, 300 000 doza “Sputnik V” dərman vasitəsi Azərbaycana gətiriləcək. İlk partiya 40 min doza vaksin isə mayın 2-də Azərbaycana gətirilmişdi.