"Fənərbaxça"nın prezidenti Sadettin Saran yol qəzasına düşüb
SEPAH sabahdan regionda ABŞ-a bağlı İT şirkətlərini vuracağı ilə bağlı xəbərdarlıq edib
“Neftin qiymətinin artmasının Azərbaycana təsiri ikili xarakter daşıyır”
Çin və Pakistan Yaxın Şərqdəki müharibə ilə bağlı 5 maddəlik sülh təşəbbüsünü təqdim edib
11 İyun 2021 12:21
1 771.jpg)
Vətən müharibəsi zamanı yaralanan daha 8 nəfərə müasir protezlər təqdim olunub.
Bunu jurnalistlərə açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Əzizov bildirib.
Onun sözlərinə görə, bu gün protezlə təmin olunan qazilərimiz Samid Xudadlı, Ramiz Qasımov, Sərxan Quliyev, Elşən Həmidov, Asim Məmmədbəyov, Bəşir Məmişov, Hüseyn Sadıqov, Ceyhun Camalovdur:
E.Əzizovun sözlərinə görə, bu günə qədər artıq 33 qazi müasir reabilitasiya vasitələri, protezlə təmin olunub: "Yaxın zamanlarda 50 qazi də müasir protezlərlə təmin olunacaq. Hazırda dövlət hesabına təqdim edilən protezlər dünyada bu sahədə ən qabaqcıl olan “Genium” sisteminin - yüksək aktivlik və funksionallıq dərəcəsi olan protezlərin istehsalı sisteminin standartları əsasında hazırlanır".