Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb Hadisə

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 976 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 531, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 445 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 839 322, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 859 485, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 979 837 təşkil edir.