“Hörmüz boğazı qlobal sabitliyin əsas açar nöqtəsidir”
31 Mart 21:32
31 Mart 21:32
31 Mart 21:28
31 Mart 20:39
17 İyun 2021 09:14
2 527
Biləsuvarda dayısını qətlə yetirməkdə təqsirləndirilən 16 yaşlı Röyal Qubadlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Lənkıəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Oruc Cəlilovun icraatına verilib.
Qeyd edək ki, bu il aprelin 2-də saat 13 radələrində Biləsuvar şəhər sakini, 1977-ci il təvəllüdlü Hüseynov Vüqar Haxverən oğlunun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmiş şəxsin bacısı oğlu, 2005-ci il təvəllüdlü Qubadlı Röyal Şahin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Vüqar Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Röyal Qubadlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
31 Mart 20:05
987
31 Mart 19:44
1 015
31 Mart 16:44
1 183