Qubada keçmiş məhkumdan 40 kq-dan çox narkotik vasitə götürülüb Hadisə

Qubada keçmiş məhkumdan 40 kq-dan çox narkotik vasitə götürülüb

Quba rayonunda keçmiş məhkum narkotik vasitələri qanunsuz olaraq kultivasiya etmə və saxlama faktına görə saxlanılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1962-ci il təvəllüdlü Quba rayonu, Mirzəqışlaq kənd sakini, əvvəllər məhkum olunmuş, Babayev Mirqasım Miri oğlunun və oğlu1986-cı il tarixdə Quba rayonu Mirzəqışlaq kəndində anadan olmuş Babayev Kanan Mirqasım oğlunun birgə yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada 23 ədəd, həyətyanı sahədə 48 ədəd, həyətyanı sahədən təxminən 200 metr məsafədə yerləşən əkin sahəsində isə 39 ədəd ümumilikdə, 110 ədəd yaş vəziyyətdə ümumi çəkisi 40 kiloqram 797 qram olan marixuana əkilib becərməsi qadağan olunmuş narkotik xassəli çətənə bitkilərinə Babayev Mirqasım Miri oğlu və oğlu Babayev Kənan Mirqasım oğlu tərəfindən aqrotexniki qulluq olunaraq becərilməsi aşkar olunub. Bundan başqa Babayev Mirqasım Miri oğluna məxsus fərdi yaşayış evinin zirzəmisində istifadəyə yararsız qaz sobasının içərisində gizlədilmiş 3 ədəd kağız bükülüdə olmaqla ayrı-ayrılıqda 15 375 qram 0,600 qram və 0,112 qram çəkidə olan narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlıQuba Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.