Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı sektorunun gəlirləri artıb Hadisə

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı sektorunun gəlirləri artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 028,5 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib ki, bu da illik müqayisədə 0,1% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verlən məlumata görə, hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 156,1 mln. manat təşkil edib, bu da 7,6% artım deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 974,4 mln. manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilib (2,4%-lik artım). Su təchizatı, ötən il tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 10,4% azalaraq 318,6 mln. manat təşkil edib.