
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
"Delta" və "Delta+" ştammları dünyada daha geniş yayılarsa, bu, yeni bir pandemiyanın, yaxud qorxulu dördüncü mərhələnin başlanğıcı ola bilər.
Bunu Trend-ə açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla deyib.
O, "Delta" və "Delta+" variantlarının koronavirusdan fərqli olaraq konkret əlamətlərə malik olduğunu vurğulayıb.
"Britaniya ştammı "Alfa"dır, Cənubi Afrika "Betta", Braziliya "Qamma" və Hindistan ştammı "Delta" adlanır. Bu ştammlar pandemiyanın ayrı-ayrı mərhələlərində fəallaşıblar. Hazırda 92 ölkədə Hindistan ştammının olması müəyyən edilib. "Delta" ştammının "Delta+" variantı daha aqressiv, göstəriciləri daha yüksək olan bir variantdır. Koronavirus subklinik formada, yəni əlamətsiz keçirdisə, bunun konkret əlamətləri var. Bu ştamma yoluxanlarda mədə-bağırsaq problemi, yüksək temperatur, boğazda ağrılar kimi əlamətlər özünü göstərir".
Adil Qeybulla qeyd edib ki, uşaqlar arasında da geniş yayıldığı haqda məlumatlar var. Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı artıq uşaqların da vaksinasiyasını vacib hesab edir: "Təəssüf ki, ayrı-ayrı ölkələrdə, o cümlədən bizdə də insanlar elə bilir ki, karantin artıq bitib. Amma pandemiya hələ bitməyib, proses davam edir. ÜST karantinin son zəngi vurana qədər ehtiyatlı olmalıyıq. Qapalı mühitdən, təmaslardan yayınmalıyıq".