Qəbələdə “Narkomanlığa birlikdə yox deyək!” mövzusunda tədbir keçirilib Hadisə

Qəbələdə “Narkomanlığa birlikdə yox deyək!” mövzusunda tədbir keçirilib

Qəbələ Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun birgə təşkilatçılığı ilə “Narkomanlığa birlikdə yox deyək!” mövzusunda onlayn tədbir keçirilib.

Komissiyanın işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, 26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar təşkil edilən videokonfransda Dövlət Komissiyasının işçi qrupunun, rayon icra hakimiyyətinin, polis şöbəsinin, təhsil şöbəsinin, gənclər və idman idarəsinin, uşaq və ailələrə dəstək mərkəzinin, Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin əməkdaşları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman dövlətimizin başçısının diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm addımlar atıldığını bildiriblər.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.