“Vətənimizi tanıyaq və tanıdaq!” devizi altında Sumqayıt Gənclərinin “Yаy məktəbi” başa çatıb Hadisə

“Vətənimizi tanıyaq və tanıdaq!” devizi altında Sumqayıt Gənclərinin “Yаy məktəbi” başa çatıb

Mövcud pandemiya qaydalarına uyğun olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhər gənclərinin Quba rayonunda 44 günlük Zəfər müharibəsinə həsr edilmiş “Vətənimizi tanıyaq və tanıdaq!” devizi altında “Yay məktəbi”nin sonuncu turu keçirilib.

AZƏRTAC Azərbaycan Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, “Yay məktəbi”nin təşkilində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrası, Qarabağ Vətən müharibəsi və əldə olunmuş böyük Qələbənin təbliği, şəhid və qazi övladlarının yay düşərgələrində iştirakının təmin edilməsi, gənclərə milli-vətənpərvərlik hisslərinin aşılanması, ölkəmizin bölgələrini tanımaları və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.

Qeyd olunub ki, “Yay məktəbi”nin sonuncu turlarında şəhərin müxtəlif sahələrini təmsil edən ictimai fəal gənclər və idman ictimaiyyəti nümayəndələri iştirak ediblər.

Azərbaycanın qədim bölgələrindən olan Quba rayonunda təşkil olunan “Yay məktəbi”ndə iştirakçılar Quba rayonun əsrarəngiz təbiəti ilə tanış olub, habelə gənclər arasında intellektual, əyləncəli oyunlar keçirilib, yemək və çay fasilələri təşkil edilib.