Alimlər "delta" ştammının ÇARƏSİNİ TAPDI Hadisə

Alimlər "delta" ştammının ÇARƏSİNİ TAPDI

“AstraZeneca” və “Sinovac” peyvəndlərinin birləşməsi koronavirusun “delta” ştammına qarşı ən effektiv vasitədir.

Bu barədə Tayland Qırmızı Xaç Cəmiyyəti, həmçinin Milli Genetik Mühəndisliyi Biotexnologiya Mərkəzinin professoru Anan Conqkaevvattana və Tayland Ağciyər İnstitutunun həkimi Xate Sripratak ortaq araşdırma aparıblar.

Tədqiqat nəticəsində məlum olub ki, "delta" ştamına iki doza "Sinovac" peyvəndi ilə bir doza "AstraZeneca"nın qarışığı iki doza "Sinovac"dan daha güclü təsir göstərir. “Sinovac”ın ikiqat tətbiqinin ardınca isə “AstraZeneca” inyeksiyası edildikdə, bədən “delta” ştammına müqavimət göstərəcək qədər antitel istehsal edir.

Qeyd edilib ki, iki doza "Sinovac" peyvəndi ilə vaksinasiya neytrallaşdırıcı antikor səviyyəsini 80-90%-ə yüksəldə bilər. Bununla da COVID-19-un "Alfa" variantına qarşı effekivliyi təmin edə bilər. Lakin dominant hala gələn olduqca yoluxucu "delta" ştammını qoruya bilməz.

Bu səbəbdən daha çox "Sinovac" peyvəndi istifadə edilən ölkədə "AstraZeneca"nın daha çox tətbqi ediləcəyi açıqlanıb.