Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
12 İyul 2021 15:49
4 928
"Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Rusiyadan aldığı daha 4 qatar tərkibi bu həftəsonuna qədər Bakıya gətiriləcək.
Bunu Trend-ə açıqlamasında qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda qatarlar Azərbaycan sərhədinə yaxınlaşmaq üzrədir: "Bu həftənin sonuna qədər qatarların Bakıya daxil olacağı gözlənilir. Qatarlar Bakıya daxil olandan sonra "Nəriman Nərimanov" deposuna təhvil veriləcək. Depoda qatarlar 2 həftə müddətində sazlanma prosesinə cəlb ediləcək və sınaqdan keçiriləcək. Daha sonra həmin qatarlar xəttə buraxılacaq. 4 yeni qatar istismar müddəti başa çatan qatarlarla əvəzlənəcək".
B.Məmmədov deyib ki, hazırda Bakı metropolitenində 15 qatar tərkibindən ibarət 75 yeni vaqon istismardadır: "Yeni gələn vaqonlarla birlikdə metropolitendəki yeni vaqonların sayı 95-ə çatdırılacaq. Razılaşmaya əsasən, gələn il daha 20 yeni vaqondan ibarət 4 qatar tərkibi Bakıya gətiriləcək".
25 Sentyabr 18:21
1 491
25 Sentyabr 17:17
1 253
25 Sentyabr 17:16
1 176