“Siqaret satışına ciddi nəzarət olmalıdır”
13 Yanvar 19:20
13 Yanvar 19:20
13 Yanvar 18:56
13 Yanvar 17:06
13 Yanvar 16:27
29 İyul 2021 15:31
1 939
Bölgələrdə şəhid ailələri və müharibə əlilləri üçün 460-dan çox fərdi evlərin tikintisinə başlanılıb.
Trend-in məlumatına görə, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, bu kateqoriyadan olan ailələrə 2020-ci ildə 1572 mənzil və fərdi yaşayış evi təqdim edilib.
V.Behbudov bildirib ki, 2021-ci ilin yanvar ayında Prezident sərəncam imzaladı və bu sərəncama əsasən 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzillərlə təmin ediləcək. O qeyd edib ki, bu il 3000 ailənin mənzillə təmin olunması nəzərdə tutulur: “Artıq bu kateqoriyadan olan 1300 ailə mənzillərlə təmin olunub, digər ailələrin də təmin olunması istiqamətində işlər aparılır”.
V.Behbudov əlavə edib ki, bölgələrdə şəhid ailələri və müharibə əlilləri üçün 460-dan çox fərdi evlərin tikintisinə başlanılıb və tikinti başa çatdıqdan sonra həmin evlər ailələrə təqdim olunacaq.
08:48
490
13 Yanvar 18:45
1 148
13 Yanvar 18:15
1 330