RAUF ZEYNI "AZƏRSU" YANINDA İCTIMAI ŞURAYA SƏDR SEÇILIB Hadisə

RAUF ZEYNI "AZƏRSU" YANINDA İCTIMAI ŞURAYA SƏDR SEÇILIB

"Azərsu" ASC yanında İctimai Şuranın növbəti toplantısı keçirilib.

Xalqcebhesi.az xəbər verir ki, “Azad İstehlakçılar” İB-nin sədri Eyyub Hüseynovun sədrlik etdiyi iclasda ilk öncə İctimai Şura iclasının gündəliyi təsdiqlənib. “İctimai İştirakçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq İctimai Şuranın reqlamenti müəyyən olunub və təşkilati məsələlərə baxılıb.

İctimai Şuranın sədrliyinə Milli QHT Forumunun prezidenti Rauf Zeyninin namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində R.Zeyni "Azərsu" ASC yanında İctimai Şuranın sədri seçilib.

Daha sonra İctimai Şura sədrinin müavinliyinə “Əsgər Ailələrinə Dəstək” İB-nin sədri Mətanət Cəfərova, “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İB-nin sədri Tələt Qəribov, Əlil Sahibkarlar Təşkilatı İB-nin sədri Mirzə Məmməd Vəliyev və “Ekoloji Maarifçilik və Monitorinq” İB-nin sədri Qəmzə Yusubovanın namizədliyi irəli sürülüb.

Səsvermə nəticəsində Tələt Qəribov, Mirzə Məmməd Vəliyev və Qəmzə Yusubova İctimai Şura sədrinin müavinləri seçilib.

İctimai Şura katibliyinə isə “Beynəlxalq Hidroloji Proqram” İB-nin üzvü Aytən İmanovanın namizədliyi irəli sürülüb. Aytən İmanova səsvermə nəticəsində İctimai Şuranın katibi seçilib.

Daha sonra iclasda cari məsələlərə baxılıb.
İctimai Şuranın toplantısından sonra "Azərsu" ASC sədrinin vəzifəsini icra edən, sədrin müavini Köçərli Həsənov İctimai Şura üzvləri ilə görüşüb.

Cavid