Türkiyə Prezidentinin administrasiyası Bakıdakı hərbi paraddan görüntülər paylaşıb
Bakıda hərbi paradda "JF-17" çoxməqsədli qırıcı təyyarələr nümayiş olunub
Bakıda hərbi paradda Türkiyənin F-16 təyyarələri uçuş həyata keçirib
Türkiyə Prezidenti: Azərbaycanla birliyimiz daha da güclənəcək
Türkiyə və Pakistan hərbçiləri Bakıda Hərbi paradda keçid edib - FOTO
27 Avqust 2021 17:52
4 585
Əfqanıstanda xidmət edən Azərbaycan sülhməramlıları Bakıya qayıdıb.
Trend-in məlumatına görə, 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirərək Bakıya qayıdıb.
Qarşılama mərasimində Müadafiə Nazirliyinin rəsmi şəxsləri və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb. Sülhməramlılarımız və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb. Qardaş Türkiyə qüvvələri ilə birlikdə xidməti vəzifələrini peşəkarlıqla yerinə yetirən Azərbaycan sülhməramlıları Əfqanıstanda təhlükəsizliyi təmin edib.