“Narkomaniyaya qarşı mübarizə hər gün aparılmalıdır” Hadisə

“Narkomaniyaya qarşı mübarizə hər gün aparılmalıdır”

“Narkomaniyaya qarşı mübarizə hər gün aparılmalıdır. Azərbaycan cəmiyyətini və ölkənin gələcəyini təhlükəyə atan ən böyük bəlalardan biri də narkotikadır”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) siyasi şura üzvü Əli Orucov
Əli Orucov diqqətə çatdırıb ki, narkomaniyanın son dövrlər Azərbaycanda geniş vüsət alması çox narahatedicidir. Bunun da daxili və xarici təsirləri mövcuddur. Azərbaycan Asiyadan Avropaya daşınan narkotik vasitələrin nəqliyyat dəhlizlərindən biridir. Əfqanıstan və İrandan Qərbə bu ağ ölüm əsasən Azərbaycan üzərindən daşınır. Həmin narkotik vasitələrin bir qismi elə burada reallaşdırılır. Ucuz və keyfiyyətsiz narkotik maddələrin Azərbaycanda alıcıları çoxluq təşkil edir. Bu bəla ilə mübarizədə təkcə polisin cəlb olunması yetərsizdir. Buna qarşı mübarizəyə xüsusi xidmət və digər təhlükəsizlik orqanları da cəlb edilməlidir. Maarifləndirmə və təbliğat işləri aparılmalıdır”.

Əli