“Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr...” Hadisə

“Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr...”

Elşən Musayev: "Avropa Oyunları öncəsi də sakit qala bilməzdilər"

"Bu tamamən absurd bir addımdır. O mənada absurddur ki, heç bir əsaslandırması yoxdur, ictimai təyinata uyğun deyil, özündə bəlli dairələrin tapşırığını icra etməkdən savayı heç bir missiyanı ehtiva etmir". Bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev Beynəlxalq hüquq - mühafizə təşkilatlarının nümayəndələri və müxtəlif dövlətlərin eksperlərndən ibarət 45 nəfərlik qrupun ölkə başçılarına, beynəlxalq birliyə ünvanladıqları Bakı Avropa Oyunlarını boykot və Azərbaycanın rəsmi şəxslərinə qarşı sanksiya çağırışına münasibət bildirərkən söyləyib. "Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr aydındır ki, Avropa Oyunları öncəsi də sakit qala bilməzdilər. Sonunda haradansa sükutu pozmaq, ürək bulandırmaq, aranı qatmaq tapşırığı gəlməli idi. Və gəldi. Təbii, bu işdə sapı özümüzdən olan baltaların, radikal müxalifəti təmsil edən peşəkar danosçuların əməyi də az deyil. Hətta görünən budur tapşırıq və təlimat necə qəfil gəlibsə adamlar el dilində desək malı-mala qatmamağı belə unudublar. Daha doğrusu bir bəyənat içində iki müxtəlif məsələni ümumiləşdirməyin absurdunu dərk etməyiblər.
Yarım səhifəlik qısa, mənasız müraciətdə Avropa Oyunlarını boykotdan başlayıb məmurlara qarşı sanksiya tələbinə qədər irəliləyiblər. Və bir daha qeyd etmək istəyirəm: Heç bir dəlil-sübut, əsaslandırma, fikir izahı olmadan!
Biz deyəndə ki, müasir Avropa və Qərb ikili stanrtdartların beşiyidir, söylədiyimizə şübhə ilə yanaşanlar tapılırdı. buyurub baxsınlar.
Görsünlər ki, həmin Avropanın və Qərbin ictimai təsisat olaraq ortalığa çıxardığı qurumlar Dağlıq Qarabağla bağlı BMT qətnamələrinin icrası, 1 milyon qaçqının 20 ildən bəri pozulan haqqı ortalıqda qalırkən Avropa Oyunlarınının boykotuna köklənəcək və məmurlara qarşı sanksiya tələb edəcək qədər "ciddi" hüquq və azadlıq aşıqləridir!"- deyə partiya sədri fikirlərinə əlavə edib.

Əli