“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 23:00
30 Dekabr 23:00
30 Dekabr 22:59
30 Dekabr 22:37
30 Dekabr 22:36
1 Oktyabr 2021 09:45
2 695
Cəbrayıl rayonunda “Türkiyə-Azərbaycan Qardaşlıq Meşəsi”nin, “Təlim-tədris mərkəzi”nin və “Tinglik sahəsi”nin yaradılması istiqamətində işlərə başlanılıb.
Bu barədə Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclasında məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə meşə fondunun bərpası ilə əlaqədar görülən işlər haqqında qrup üzvlərinə məlumat verilmişdir. Türkiyə Respublikasının Meşə və Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Cəbrayıl rayonu ərazisində salınacaq “Türkiyə-Azərbaycan Qardaşlıq Meşəsi”nin, “Təlim-tədris mərkəzi”nin və “Tinglik sahəsi”nin yaradılması istiqamətində işlərə başlanılmışdır.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “Qarabağ Dirçəliş Fondu” arasında işğaldan azad olunmş ərazilərdə ətraf mühitə vurulmuş ziyanın aradan qaldırılması və bərpa işlərinin görülməsi sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumu barədə Fondun nümayəndəsi tərəfindən qrup üzvlərinə məlumat verilmişdir. Əməkdaşlıq Memorandumunun məqsədi işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsi ilə regionda dayanıqlı məskunlaşmaya və inkişafa töhfə vermək, əlverişli həyat şəraitinin yaradılmasına dair tədbirləri ölkə daxilində və xaricində təşviq etməkdir. Həmçinin digər dövlət, özəl təşkilatlar, eyni zamanda diaspora və cəmiyyətin müxtəlif nümayəndələri də bu Memoranduma qoşularaq ekoloji tarazlığın bərpası və yenidənqurma işlərinin təşkilinə dəstək olmağa dəvət edilir.
30 Dekabr 18:03
1 393
30 Dekabr 18:01
1 197
30 Dekabr 17:36
1 281