Qafqazda tarixi proses: sülh sazişi ilə bağlı yeni dövr
14 Yanvar 23:55
14 Yanvar 23:55
14 Yanvar 23:50
14 Yanvar 23:49
14 Yanvar 23:47
1 Oktyabr 2021 15:39
3 164
Bakı metropolitenində ölkəyə gətirilən yeni nəsil qatarların əsaslı təmirinə başlanılıb.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı metropoliteninin Depolar üzrə iş Departamentinin sədri Faiq Əhmədov deyib.
O bildirib ki, artıq depoda yeni nəsil qatarlar təmir edilir: "Ötən il ilk yeni qatarımızın təmirini Rusiyanın "Metrovaqonmaş" şirkətinin mütəxəssisləri ilə birlikdə həyata keçirdik. Bu il bir qatarımızı yalnız yerli mütəxəssislər əsaslı təmir etdi. Növbəti yeni qatarımızın təmiri isə oktyabr ayında həyata keçiriləcək".
F.Əhmədov deyib ki, yeni nəsil qatarlar 560 min kilometr yol qət etdikdən sonra qaldırma təmirə saxlanılır: "Qaldırma təmiri irihəcmli olur. Qatarların avadanlıqları sökülür, təmizlənir və yenidən yığılır. Əvvəllər qatarları təmir üçün xaricə göndərirdik. Artıq qatarlar öz depomuzda təmir edilir, xaricə göndərilmir".
14 Yanvar 23:13
826
14 Yanvar 12:49
1 351
14 Yanvar 12:31
1 232

