ƏƏSMN şöbə müdiri: Qanuna edilən dəyişiklik atalıq məzuniyyətindən istifadəyə şərait yaradacaq
Azərbaycan və Oman enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər
“Bibiheybət” Gəmi Təmiri Zavodunun işçiləri fəaliyyətdə olan digər zavodlara köçürüləcək
Lavrov: Rusiya və İran prezidentləri şimal-cənub dəhlizinin tikintisini ətraflı izləyirlər
Putin: Kiyev dialoqdan imtina edərsə, Rusiya məqsədlərinə hərbi yolla çatacaq
1 Oktyabr 2021 15:41
4 158
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Quba şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Üç gözəl” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.
Bu barədə Trend-ə AQTA-dan bildirilib. Məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.