Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
1 Dekabr 2021 11:02
1 918
Noyabrın 27-də paytaxtın Sabunçu rayon sakini 1962-ci il təvəllüdlü Məhəmməd Əliyevin rayonun Zabrat qəsəbəsi ərazisində xəsarət alması nəticəsində noyabrın 29-da xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı 1964-cü il təvəllüdlü Rəhman Əzimov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Əliyevin üz nahiyəsinə yumruqla vurub, sonuncu zərbənin təsirindən yerə yıxılaraq başı asfalt örtüyünə dəyərək xəsarət alıb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Rəhman Əzimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
12 Sentyabr 18:12
805
12 Sentyabr 18:10
784
12 Sentyabr 18:09
770