Ötən il 1 ton 824 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
Türkiyə ABŞ-ı Venesuelada beynəlxalq hüququ pozmaqda ittiham edib
“Türk dövlətləri ilə hərbi əməkdaşlığın genişləndirilməsi günün tələbi, zamanın diktəsidir”
İsrail Livanın “Hizbullah”ı tərksilah etmək səylərini yetərli saymır
1 Dekabr 2021 22:02
2 863
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Bu barədə səfir Qazaxıstan Respublikasının Birinci Prezidenti Gününün qeyd edilməsi ilə bağlı keçirilən tədbirdə danışıb.
Qeyd edək ki, ötən gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.