Şimal bölgəsində 30 santimetrə qədər qar yağıb Hadisə

Şimal bölgəsində 30 santimetrə qədər qar yağıb

Ötən gün axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, ən çox qar Qubanın Qrız və Qusarın Ləzə kəndlərində qeydə alınıb. Bu ərazilərdə qarın hündürlüyü 30 santimetrə çatır.
Qubanın Xınalıq kəndində 25, Xaltanda 10, Qusarın Həzrə kəndində 4, Xızının Altıağac qəsəbəsində isə 7 santimetr hündürlüyündə qar var.

Qubanın rayon mərkəzində isə qarın hündürlüyü 1 sm-ə çatıb.

Temperatur mənfi 7 dərəcəyədək aşağı düşüb.