Qəzzada hərbi insident: İsrail PUA-sı öz mövqeləri yaxınlığında partladı
Ərdoğan: Türkiyə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi üçün Rusiya və Ukrayna ilə işləyir
Rütte: "Avropanın hərbi gücü ABŞ olmadan əməliyyatlar keçirməyə çatmir"
“Dağ-mədən və metallurgiya sənayesindən Azərbaycan iqtisadiyyatına xeyli dividendlər gələcək”
Elnur Bağırov: İqtisadi zonalar Azərbaycanda investisiya imkanlarını genişləndirir
6 Yanvar 2022 10:23
2 758
COVID-19-un Omikron ştamının ölkəmizə gəlmə riski böyükdür.
Bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, hazırda ölkədə pandemiya ilə bağlı epidemioloji durum stabildir.
"Bayram günlərində insanların təmasları ilə bağlı əhəmiyyətli artımın olması düşünülmür. Lakin Omikron ştamının ölkəmizə gəlmə riski böyükdür. Hələ ki, bu ştamın Azərbaycanda olması rəsmi təsdiqlənməyib. Lakin bu zaman məsələsidir və Omikron ştamının Azərbaycanda aşkarlancağı halda yoluxma saylarında artımın olacağı proqnozlaşdırıla bilər" - T.Eyvazov əlavə edib.
Mütəxəssis Fransada koronavirusun yeni aşkarlanmış "İHU" və ya "B1640.2" adlı variantına da münasibət bildirib. O qeyd edib ki, yeni ştamın xassələri, yəni, yoluxuculuq və xəstəliktörətmə qabiliyyəti haqqında hələ ki, tutarlı məlumatlar yoxdur.