

Azərbaycan və Özbəkistan ali hərbi təhsil müəssisələri arasında memorandum imzalanıb
“Ramiz Mehdiyev kimi yüzlərlə cılız və hakimiyyət hərisləri...”- Məlahət İbrahimqızı
Putin Trampla telefon danışığından sonra Təhlükəsizlik Şurasının Kremlə toplayıb
“Özəl pensiya fondlarının işləməsi üçün münbit şərait hazırda mövcud deyil”
Bakıda 45 yaşlı kişi küçədə qətlə yetirilib.
Nərimanov rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, yanvarın 17-i saat 01 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişlərin tanışı 1974-cü il təvəllüdlü Şəmşad Əhmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsa Əbdüləzimova xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şəmşad Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.