Azərbaycan məhsulları "Amazon" ve "eBay"də satışa çıxarılıb Hadisə

Azərbaycan məhsulları "Amazon" ve "eBay"də satışa çıxarılıb

Azexport.az "Made in Azerbaijan" məhsullarını "Amazon" ve "eBay"-də satışa çıxarıb.

İqtisadi İslahatları Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasında istehsal olunan "Made in Azerbaijan" brendi məhsulları Azexport.az internet portalı vasitesile "Amazon" ve "eBay" platformalarında beynəlxalq alıcılara təqdim olunub. İlkin mərhələdə yerli istehsal olan rəsm, musiqi, ədəbiyyat və sənətkarlıq işləri kimi mədəniyyət sənayesi məhsulları, həmçinin, qeyri-qida və qida kateqoriyasından seçilən məhsullar portallara inteqrasiya olunub.

Azexport.az artıq "Made in Azerbaijan" brendi məhsullarını "Amazon" və "eBay" platformalarında vahid ad altında beynəlxalq alıcılara təqdim edəcek. Bu platformalarda satış proseslərinə ciddi nəzarət və yüksək keyfiyyət tələblərinin mövcud olması ilə əlaqəlidir. Bundan əvvəl isə Azexport.az bu platformalarda hər bir istehsalçı üçün fərdi satıcı hesabının yaradılması xidmətini təqdim edirdi.

Satışların əsasən İsrail, Yaponiya, Çin, Tayvan, Koreya, Honkonq, Sinqapur, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, MDB ve Avropa ölkələrinə həyata keçirilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində dövlət təşkilatlarının dəstəyi ilə kiçik və orta biznes subyektləri tərəfindən ərsəyə gətirilən məhsulların da bu portallara inteqrasiyası nəzərdə tutulub. Əməkdaşlıqda maraqlı olan sahibkarlar portala müraciət edə bilərlər: https://azexport.az/

Əlavə edək ki, Prezident İlham Əliyevin tapşırığı əsasında İqtisadi İslahatları Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan Azexport.az portalı dünyanın 15-dək beynəlxalq elektron ticarət platformasına inteqrasiya olunub. 2016-cı ildən başlayan fəaliyyət müddəti ərzində Azexport.az internet portalina dünyanın 145 ölkesindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 720 milyon ABŞ dolları təşkil edib.