Xocavənddəki qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - 11-i Türkiyə vətəndaşıdır - ƏLAVƏ OLUNUB Hadisə

Xocavənddəki qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - 11-i Türkiyə vətəndaşıdır - ƏLAVƏ OLUNUB

Xocavənddə şirkət avtobusunun qəzaya uğraması nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşirilib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, onlardan 11-i Türkiyə vətəndaşıdır. 2 nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 9 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir.

XXX
Saat 10.04

Xocavənddə şirkət avtobusunun qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış 16 işçi Bakıya gətirilib.

Trend-in yerli bürosunun məlumatına görə, müxtəlif dərəcəli xəsarətlər almış 16 nəfər ilkin tibbi yardımdan sonra Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.

Qeyd edək ki, axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Qəza Xocavənd rayonu ərazisində baş verib