İstanbulda Azərbaycan və KKTC-nin də qatıldığı EMİT 2022 Turizm Sərgisi açılıb Hadisə

İstanbulda Azərbaycan və KKTC-nin də qatıldığı EMİT 2022 Turizm Sərgisi açılıb

Qlobal pandemiya səbəbiylə 2021-ci ildə keçirilməyən və dünyanın 5 ən böyük turizm sərgisi arasında yer alan Beynəlxalq Şərqi Aralıq dənizi Turizm Sərgisi - EMITT 2 ildən sonra öz qapılarını izləyicilərinin üzünə açıb.

12 fevrala qədər davam edəcək Sərgidəki Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) stendində Kıbrıs Türkü mərhum Birkan Uzunun ölkənin tanıtımına töhfə vermək üçün Antarktikanın zirvəsində KKTC Bayrağını açdığı şəkil yer alıb. Nazirliyin açıqlamasında “Türkiyənin ən böyük və ən prestijli, dünyanın 4 böyük sərgisindən olan EMITT 2022 Turizm sərgisində Nazirliyin turizm tanıtma məmurları və sənaye təmsilcilərindən ibarət professional bir heyət yer alır. Bu il 25-cisinin baş tutacağı və dünyanın ən böyük 4 turizm sərgisindən biri olan EMITT ölkədə turizm sektorunun inkişafı üçün yeni fürsətlər açır” – deyə bildirilir.

Turizm və Ətraf Mühit Nazirliyi KKTC-nin EMİTT 2022-də iştirakı ilə də bağlı məlumat verib. "Kuzey Kıbrısın tanıtımını etmək, Türkiyə və dünyanın hər yerindən gələn tur operatorları və digər turizmin inkişafı ilə bağlı şəxsləri yeni ortaqlıqlar və iş birliyini turizmi inkişaf etdirmək üçün sektorumuza dəvət edirik. Ölkəmizə çox qatqısı olan Türkiyənin turizm sektoru ilə hər il peşəkar şirkətlərimizi görüşdürmək və turizm tanıtımını etmək üçün bu il də 99 kvadratmetrlik Salon 2-də A311 nömrəli stendlə iştirak edirik”- məlumatda deyilir.

Qeyd edək ki, 25-ci EMITT Sərgisi Azərbaycan, Rusiya, Malta, Bolqarıstan, Seyşel adaları, Serbiya, Kosovo, Pakistan, İordaniya, KKTC, Fələstin, Cənubi Afrika, Makedoniya və Bosniya və Herseqovina da daxil olmaqla ümumilikdə 14 ölkəyə ev sahibliyi edir.

Mədəniyyət və Turizm Nazirliyi, İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) və Türk Hava Yollarının korporativ sponsorluğu, Türkiyə Otelçilər Federasiyası (TÜROFED) və Türkiyə Turizm İnvestorları Dərnəyinin (TTYD) tərəfdaşlığı ilə təşkil edilən EMITT növbəti dəfə TÜYAP Sərgi və Konqres Mərkəzində sərgi iştirakçılarını bir araya gətirib.

Cavid