“Bu səfərbərlik genişmiqyaslı müharibənin başlayacağı anlamına gəlmir”
AGEC: Azərbaycanda bərpa olunan enerji layihələrinin icra mexanizmləri təkmilləşdirilməlidir
DB: Azərbaycan üçün növbəti mərhələ özəl sektorun inkişafını dəstəkləyən islahatlardır
Erich Morales: "Fitch" Azərbaycanın bank sektorunda əhəmiyyətli irəliləyiş müşahidə edir
Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu
22 Fevral 2022 19:20
5 866
Azərbaycanda ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib.
Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidirlər.
Həmçinin, III ixtisas qrupu üzrə dil-tarix (DT) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, tarix-coğrafiya (TC) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.
Qaydalara 1 nömrəli əlavə - “İxtisas qrupları və ixtisaslar”ın III ixtisas qrupu sütunu “İxtisasların adı” sətrindən sonra “Dil-tarix (DT) altqrupu” və “Tarix-coğrafiya (TC) altqrupu” adlı iki sütuna bölünməklə aşağıdakı redaksiyada verilir:
