Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
17 Mart 2023 18:11
10 486
Martın 17-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda diplomat Anar Rzayevin (Anaroğlu) ilk fərdi rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək sərgidə nümayiş olunan rəsmlərin yüksək səviyyədə olduğunu bildirib. Qeyd edib ki, sərginin ekspozisiyasında yer alan sənət əsərləri təbiətin gözəlliklərini əks etdirir: “Bu gün Rəssamlar İttifaqında qeyri-adi sərgi ilə tanış olmaq imkanına sahibik. Sərgidə 43 əsər təqdim olunur. Rəsmlər əsasən təbiət mövzusunu əhatə edir. Budəfəki sərgimiz həmçinin diplomat sərgisi hesab edilir. Sərgilənən rəsmlər yüksək səviyyədədir və çox gözəl işlərdir. Düşünürəm ki, diplomat olmaq olar, amma rəssam olmaq çox çətindir, eyni zamanda bu iki keyfiyyətləri bir araya gətirmək daha da çətindir”.
Sərgimin açılmasını yüksək qiymətləndirən F.Xəlilov Tural Anaroğluna yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə çıxış edən Xalq artisti Fərhad Bədəlbəyli, Xalq yazıçısı Kamal Abdulla, akademik Rafael Hüseynov sərgidə iştirak etməkdən məmnunluqlarını bildiriblər. Sərgilənən rəsmlərin yüksək səviyyədə olduğu və çəkilən əziyyətin öz bəhrəsini verdiyi qeyd edilib. Tural Anaroğlunun ilk fərdi sərgisinin Novruz bayramı ərəfəsində keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirən natiqlər onu təbrik edib və yeni yaradıcılıq uğurları arzulayıblar.
Tural Anaroğlu ona göstərilən diqqət və qayğıya görə təbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Tədbirdə T. Anaroğluna Rəssamlar İttifaqının üzvlük vəsiqəsini təqdim olunub.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, hazırda Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikasında səfiri olan Anar Rzayev Yazıçılar Birliyin sədri, Xalq yazıçısı Anarın oğludur.
11 Sentyabr 12:18
1 085
11 Sentyabr 11:07
1 036
11 Sentyabr 10:27
1 008