Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
20 Noyabr 2023 12:22
4 851
IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu başa çatıb. Azərbaycan tədbirdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyası Hökuməti, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Sankt-Peterburq Hökumətinin təşkil etdiyi ənənəvi foruma ümumilikdə 70-dən çox ölkədən nümayəndələr qatılıb.
Beynəlxalq tədbir çərçivəsində müxtəlif mövzularda panel və dəyirmi masalar təşkil edilib.
Teatr sənətinə həsr olunan xüsusi paneldə Rusiya, Belarus və Serbiya teatrlarının rəhbərləri ilə yanaşı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor səlahiyyətlərini icra edən Əməkdar mədəniyyət işçisi İlham Əsgərov də çıxış edib.
O, həmçinin Aleksandrinski Teatrın, Belarus Akademik Milli Teatrının direktorları ilə görüşüb, qarşılıqlı əməkdaşlıq, qastrol səfərlərinin və festivalların təşkili haqqında müzakirələr aparıb.
11 Sentyabr 12:18
973
11 Sentyabr 11:07
924
11 Sentyabr 10:27
889