ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib
14 Mart 13:39
14 Mart 13:39
13 Mart 21:31
13 Mart 21:24
1 Dekabr 2023 15:30
5 089
“İçərişəhərin həyatı” adlı fotosərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Bakı Fotoqrafiya Evində açılan sərgidə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) birgə təşkil etdiyi fotomüsabiqənin qaliblərinin və iştirakçılarının fotoları sərgilənib.
“İçərişəhərin həyatı” adlı fotomüsabiqədə fotokamera və mobiloqrafiya kateqoriyaları üzrə ümumilikdə 51 nəfər iştirak edib. Sərgilənən 36 fotodan 6-sı qaliblərə aiddir.
“Fotokamera” kateqoriyası üzrə birinci yerə Aleksandr Fristov, ikinci yerə Cavid Həşimov, üçüncü yerə isə Hikmət Sadıxov layiq görülüblər.
“Mobiloqrafiya” kateqoriyası üzrə isə I yeri Asif Mustafazadə, II yeri İsmayıl Cəfər, III yeri Yaqub Bəndəliyev tutub.
Sərgi dekabrın 8-dək Bakı Fotoqrafiya Evində davam edəcək.
13 Mart 19:49
2 023
13 Mart 11:22
2 317
12 Mart 14:22
2 415