“The Mandalorian və Grogu” filminin nümayiş tarixi məlum olub Mədəniyyət

“The Mandalorian və Grogu” filminin nümayiş tarixi məlum olub

“Disney” platforması “The Mandalorian və Grogu” filminin yayım tarixini açıqlayıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ekran əsərinin premyerasının 2026-cı il mayın 22-də keçirilməsi planlaşdırılıb.

Filmin çəkilişlərinə cari ilin yay aylarında Los-Anceles şəhərində başlanacaq.