Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
16 Aprel 2024 13:15
6 041
“Gilavar Foto Klubu” İctimai Birliyi beynəlxalq mükafatlarla təltif olunub.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, klub “Azerbaijan Photo Salon” və “Baku” adlı beynəlxalq fotomüsabiqələrin beş il müddətində ardıcıl təşkilinə görə Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) təsis etdiyi “Bürünc plaket”lərə layiq görülüb.
“Gilavar Foto Klubu” artıq 7-ci dəfədir ki, “Azerbaijan Photo Salon” adlı fotomüsabiqə keçirir. Cari ilin ikinci yarısında isə “Baku” adlı fotomüsabiqənin növbəti dəfə keçirilməsi nəzərdə tutulub.
FIAP dünyada UNESCO-nun tanıdığı yeganə foto təşkilatdır. Azərbaycan Fotoqrafiya Federasiyası həmin təşkilatın üzvü, “Gilavar Foto Klubu” isə Azərbaycan üzrə təmsilçisidir.
25 Sentyabr 17:16
1 169
25 Sentyabr 12:00
1 757
24 Sentyabr 22:46
1 344