Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
10 İyun 2024 11:18
5 922
Beynəlxalq Muğam Mərkəzində şair, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşarın yeni çap olunmuş "Adını çəkirəm" şeirlər kitabının imza və təqdimat mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair Əkbər Qoşalının moderatorluğu ilə gerçəkləşən tədbirdə tanınmış ədəbiyyat-ictimaiyyət nümayəndələri, oxucular, mətbuat nümayəndələri iştirak edib.
Tədbirdə Ə.Qoşalı İntiqam Yaşarın yaradıcılığı və fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib.
Təqdimat mərasimində “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs, Milli Məclisin deputatı Vüqar İsgəndərov, Azərbaycan Ədəbiyyatı Fondunun baş direktoru, yazıçı Varis Yolçuyev, Sumqayıt şəhər Əli Kərim adına Poeziya evinin direktoru şair İbrahim İlyaslı, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü şair Rəsmiyyə Sabir, Bakı Slavyan Universitetinin professoru, tərcüməçi Flora Naci, tanınmış alim Yazgül Abdıyeva, filologiya elmləri doktoru Təranə Turan Rəhimli, AYB-nin Sumqayıt bölməsinin sədri, şair Gülnarə Cəmaləddin, tanınmış yazıçı Kənan Hacı, şairlər Süleyman Abdulla, Polad İbrahimoğlu, Şahin Qədir, Ulucay Akif, Səddam Laçın, ədəbiyyatşünas alim Yeqzar Cəfərli və başqaları çıxış edərək İntiqam Yaşarın özünəməxsus yaradıcılıq axtarışlarından danışıb və ona uğurlar arzulayıblar.
Qiraətçilər Müşfiqə Baləddinqızı və Ayna Səs müəllifin şeirlərini səsləndiriblər.
Tədbirin sonunda müəllif yeni çap olunmuş kitabından şeirlər oxuyub və iştirakçılar üçün kitabları imzalayıb.
11 Sentyabr 12:18
1 092
11 Sentyabr 11:07
1 043
11 Sentyabr 10:27
1 015