Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
6 Avqust 2024 19:07
7 938
Ankarada keçirilən “Mədəni qarşılıqlı fəaliyyət üzrə paytaxtda beynəlxalq görüşlər” proqramı çərçivəsində 11 ölkədən olan rəqs qruplarının çıxışları olub.
AZƏRTAC xəbər verir ki, Ankara şəhər bələdiyyəsi tərəfindən Gənclər parkında təşkil olunan tədbirdə ölkəmizi “Nuray” rəqs qrupu təmsil edib.
Rəqs qruplarının çıxışlarından əvvəl Ankara sakinlərinə və şəhərin qonaqlarına müraciət edən Türkiyə paytaxtı bələdiyyəsinin sədri Mansur Yavaş dövlətlərarası mədəni əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib. O deyib: “Xalqlarımız mədəni irsi qorumalı, onu gələcək nəsillərə miras qoymalıdır. Biz, həmçinin bu prosesə öz töhfəmizi verməyə çalışırıq”. Mansur Yavaş mədəniyyəti xalqları birləşdirən mühüm körpü adlandırıb.
Türkiyə paytaxtının Keçiören rayon bələdiyyəsinin sədri Mesut Özarslan çıxışında bildirib ki, ötən ay Ankaranın bu məkanında türk dövlətləri nümayəndələrinin iştirakı ilə beynəlxalq mədəniyyət tədbiri də keçirilib. O vurğulayıb: “Fəxr edirik ki, bu gün növbəti böyük mədəniyyət tədbirində iştirak edirik”.
Sonra Türkiyənin üç vilayətindən, həmçinin Azərbaycan, Gürcüstan, Rusiyanın regionları, Özbəkistan, Rumıniya və digər ölkələrdən gəlmiş rəqs qruplarının çıxışları olub.
Milli geyimdə çıxış edən Azərbaycan rəqs qrupunun çıxışı alqışlarla qarşılanıb.
25 Sentyabr 17:16
1 295
25 Sentyabr 12:00
1 876
24 Sentyabr 22:46
1 470