“İran Hörmüzü tamamilə bağlayacaq imkanlara malik deyil”
8 Sentyabr 19:09
8 Sentyabr 19:09
8 Sentyabr 15:01
21 Yanvar 2025 11:03
7 812
Azərbaycan tarixinin ən faciəli hadisələrindən olan, eyni zamanda xalqımızın azadlıq və müstəqillik mübarizəsinin növbəti qəhrəmanlıq səhifəsi hesab edilən qanlı 20 Yanvar hadisəsindən 35 il ötür. Bu münasibətlə Milli Kitabxanada 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “20 yanvar – Qəhrəmanlıq və qürur günümüzdür!” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə bu faciəni əks etdirən fotolar, unudulmayan tarix, tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsi – 20 Yanvar faciəsi, qanlı hadisələrə ilk kəskin etiraz edən Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyi, Bakıda törədilmiş faciə haqqında dövri mətbuatda çap olunan məqalələr, Milli Kitabxananın fondunda mühafizə olunan Azərbaycan və xarici dillərində ədəbiyyatlar nümayiş olunur.
Virtual sərgi ilə https://anl.az/el/vsb/20_Yanvar_Qurur_gunumuz/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.
8 Sentyabr 18:08
742
8 Sentyabr 16:40
812
8 Sentyabr 12:27
861