Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
7 May 2025 13:57
7 007
Respublika Gənclər Kitabxanasında Xalq rəssamı, Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadənin anadan olmasının 145 illiyi ilə bağlı materiallar hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materialda Əzim Əzimzadənin incəsənət və pedaqoji sahədə olan fəaliyyəti, “Molla Nəsrəddin”, “Tuti”, “Baraban”, “Zənbur”, “Kəlniyyət” kimi jurnallarda işləyərək ölkəmizdə satirik qrafika və karikatura janrının əsasını qoyması, “Varlı evində toy”, “Köhnə bakılılar”, “Qurban bayramı”, “Qız övladının dünyaya gəlişi” kimi rəsm əsərlərinin müəllifi olması haqqında məlumat təqdim edilib.
Həmçinin rəssamın Azərbaycanda kitab qrafikası sənətinin yaranması və inkişafı istiqamətində gördüyü işlər haqqında məlumatlar, teatr tamaşaları üçün çəkdiyi geyim eskizləri və dekorasiyaların görüntüləri öz əksini tapıb.
Görkəmli rəssamın bir çox dünya muzeylərdə sərgilənən rəsmlərdən nümunələrin yer aldığı material kitabxananın rəsmi saytında nümayiş olunub.
11 Sentyabr 12:18
1 295
11 Sentyabr 11:07
1 295
11 Sentyabr 10:27
1 246