Misir Mədəniyyət Mərkəzində azərbaycanlı yazıçının kitabının təqdimatı keçirilib Mədəniyyət

Misir Mədəniyyət Mərkəzində azərbaycanlı yazıçının kitabının təqdimatı keçirilib

Misir Mədəniyyət Mərkəzində azərbaycanlı yazıçı Fərid Camalov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş görkəmli misirli yazıçı Tofiq əl-Həkimin 12 hekayədən ibarət "Ədalət və incəsənət" adlı kitabının təqdimatı keçirilib.

Tədbirin açılışını edən Misir Mədəniyyət Mərkəzinin müdiri bu hekayələri Azərbaycan dilinə tərcümə etdiyi üçün Fərid Camalova öz təşəkkürünü bildirib və bu tərcümənin Azərbaycan xalqının böyük yazıçının yaradıcılığı ilə tanış olması baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Tədbirdə iştirak edən çoxsaylı yazıçılar, şairlər və ədəbiyyat nümayəndələri iki xalq arasında ünsiyyət və mədəni əlaqələr baxımından körpü rolunu oynayan bu dəyərli əsərin əhəmiyyətindən bəhs etdilər. Tədbirin sonunda Misir Mədəniyyət Mərkəzinin müdiri Fərid Camalovu
təltif edərək ona gələcək fəaliyyətində böyük uğurlar və nailiyyətlər arzu edib və iki xalq arasında mədəni və ədəbi əlaqələri daha da möhkəmləndirəcək yeni tərcümə əsərlərinin təqdimat mərasimlərinin keçirilməsinə ümidvar olduğunu bildirib.

Cavid