Misir Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamın sərgisi olub
“Pekinin Moskvanın bütün tələblərini dəstəkləyəcəyinə zəmanət yoxdur”
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub - FOTO
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb - FOTO
Teymur Musayev yeni nazir Anar Bayramovu Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib
13:24
882
ABŞ Ukraynadakı münaqişənin diplomatiya yolu ilə başa çatmalı olduğunu hesab edir, lakin hazırkı məqamda buna nail olmağın çətinliyini etiraf edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bəyan edib.
"Mövcud vəziyyət belədir - bunu danışıqlarda müzakirə etmək və nizamlanmaya nail olmaq çətindir. Əgər bu müharibəni danışıqlar yolu ilə başa çatdırmaq şansı yaranarsa - biz də müharibənin məhz bu cür yekunlaşacağını düşünürük - Birləşmiş Ştatlar vasitəçi rolunu oynamağa hazır və qadirdir. Lakin bu, asan məsələ deyil", - deyə o, "Breitbart News" portalına müsahibəsində bildirib.
Rubio vurğulayıb ki, ABŞ mümkün həll yollarının axtarışı üçün səylərini davam etdirəcək, lakin eyni zamanda Vaşinqtonun xarici siyasətdə başqa prioritetlərinin də olduğunu qeyd edib.
Məryəm Quliyeva