Azər Paşa Nemətov Gürcüstanın Milli Teatr Günündə ölkəmizi təmsil edib Mədəniyyət
- 17 Yanvar 2020 14:04
- 20 622
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Gürcüstanın Milli Teatr Günü və Qax Dövlət Gürcü Dram Teatrının 40 illik yubileyi münasibətilə qonşu ölkədə səfərdə olub. Tədbirlə bağlı təəssüratlarını bildirən Azər Paşa Nemətov deyib ki, Qax Dövlət Gürcü Dram Teatrı Gürcüstandan kənarda olan yeganə teatrdır: “Teatrın 40 illik yubileyinin qeyd olunması Gürcü Teatr Günü çərçivəsində təşkil olunmuşdu. Bu yubiley bizim üçün xüsusi əhəmiyyət kəsb edir və tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu. Mərasimdə Gürcüstan Prezidentinin adından məktub oxundu, Təhsil, Elm, Mədəniyyət və İdman naziri teatr truppasının üzvlərini yubiley münasibətilə təbrik etdi, onlara peşəkar fəaliyyətlərində uğurlar arzuladı. Səfərdə gürcü teatrının ən müqtədir sənətkarları ilə, o cümlədən böyük teatr rejissoru Robert Sturua ilə görüşdüm, birgə yaradıcı əlaqələrlə bağlı çox faydalı müzakirələr apardıq. Eyni zamanda, yubiley mərasimində çıxış etdim, teatr ictimaiyyəti adından təbrikimizi çatdırdım. Bildirdim ki, iki dost ölkənin bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində çox uğurlu əlaqələri var, əminəm ki, əlaqələr bundan sonra daha da inkişaf edəcək”.
Xalq artisti Azər Paşa Nemətov əlavə edib ki, hazırda mədəniyyət sahəsinin tərkib hissəsi kimi Gürcüstan və Azərbaycan arasında teatr əlaqələri də intensiv şəkildə davam edir: “Artıq iki ilə yaxındır ki, biz Gürcüstan Teatr Cəmiyyəti ilə yaradıcılıq və qarşılıqlı əlaqələr istiqamətində memorandum imzalamışıq. Bu proses çox aktiv davam edir. Onu da deməliyəm ki, birgə qastrol səfərləri ilə bağlı maraqlı müzakirələrimiz oldu. Gürcüstan teatr ictimaiyyətinin Akademik Milli Dram Teatrına, onun kollektivinə və repertuarına böyük marağı var. Ona görə də yaxın aylarda teatrımızın kollektivinin Gürcüstana qastrol səfəri nəzərdə tutulub”.
Qeyd edək ki, 1981-ci ildə Qax rayonunun Əlibəyli kənd Mədəniyyət evində gürcü dram dərnəyi yaradılıb. Kollektiv 1985-ci il mayın 31-də xalq teatrı adını alıb. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı və Nazirlər Kabinetinin 2005-ci il 22 fevral tarixli qərarı ilə teatra dövlət statusu verilib.
-
NATO Baş katibi gözlənilmədən Kiyevə səfər edib
-
Ermənistan Rusiyadan siyasi sığınacaq alan bəzi şəxslərin ekstradisiyasına çalışır
-
"Rasim Musabəyovun milli təəssübkeşliyi yoxdur"
-
"Azərbaycan rəsmi səviyyədə məsələ ilə bağlı açıqlama verməyib"
-
Azərbaycan Ombudsmanı Qətərin Milli İnsan Hüquqları Komissiyasının sədri ilə görüşüb
-
"Məsələ təkcə “Başkənd” deyil"
-
"İxrac bazarlarının şaxələndirilməsi prioritet olaraq qalır"
-
FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub
-
İraqın şimalında son bir həftədə 15 terrorçu zərərsizləşdirilib
-
"Neft hasilatındakı eniş ümumi ticarət dövriyyəsində azalmaya gətirib çıxarıb"
-
"Neftin dünya bazar qiyməti ticarət dövriyyəsi azalması üçün təsirli faktor olmayıb"
-
Stoltenberq Kiyevdədir
-
Özbəkistanın mədəniyyət naziri Azərbaycana səfər edəcək
-
Blinken: NATO-nun Rusiya əleyhinə planı yoxdur
-
"Xarici ticarət dövriyyəsi azalıb"
-
Anar Məmmədli saxlanıldı - DİN
-
"Həmin dövlətlər düşmənçilik siyasətlərindən əl çəkməlidir"
-
Gəncədə “Musiqinin gücü” layihəsi həyata keçiriləcək
-
Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb
-
Qazaxıstan Azərbaycan-Ermənistan danışıqlarında vasitəçi olmayacaq
-
Rəsmi Astana: Azərbaycan-Ermənistan danışıqlarında Qazaxıstanın vasitəçiliyindən söhbət getmir
-
Hakan Fidan Ər-Riyadda Blinkenlə görüşüb
-
Fitch Solutions: Azərbaycan Rusiyadan qaz idxalını artıracaq
-
COP29-un Azərbaycanda keçirilməsi "yaşıl enerji" istehsalına xarici sərmayələrin axınına geniş imkanlar açacaq - ŞƏRH
-
Qazaxda minaya düşən hərbi qulluqçunun SON VƏZİYYƏTİ
-
"Yaşıl" sukuk iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsindəki böyük boşluğu doldurmağa kömək edəcək - ICMA-nın icraçı direktoru
-
DİM imtahanların VAXTINI DƏYİŞDİ
-
"Yaşıl sukuk" buraxılışını tezləşdirməyə kəskin ehtiyac var - Əl-Casir
-
Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas oyunçudur - “Europorter”
-
Azərbaycan Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
-
Ceyhun Bayramov Qətərə getdi
-
Azərbaycanın hərbi qulluqçusu minaya düşüb
-
Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI
-
Elektron qolbaq daşıyan şəxs hədə-qorxu ilə pul tələb etməyə görə tutulub
-
Əl ilə toxunmuş ən böyük xalça təqdim olunub
-
Bir neçə gün əvvəl azadlığa buraxılan tanınmış MMA idmançısı yenidən həbs edilib
-
Naxçıvanda ölənlər Birinci Qarabağ Müharibəsindən qalan hərbi sursatların qurbanı olub - AÇIQLAMA
-
Prezident İlham Əliyev: Azərbaycan-Çin münasibətlərində son vaxtlar böyük canlanma baş verib
-
Ermənistan prokurorluğu Koçaryanın əmlakının müsadirə olunmasını tələb edir
-
Bakıda yeni park salınacaq
-
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib - YENİLƏNİB
-
Babəkin yeni təyin olunan icra başçısı kimdir? - DOSYE
-
Jerar Depardye Parisdə saxlanıldı
-
Bakı Kamera Orkestri konsert proqramı ilə çıxış edib
-
Vərziğanda ekoloji problem- Zəhərli tullantılar çaya buraxılır
-
Urmu gölü yenidən quruyacaq - Ekoloq
-
Sabah 32 dərəcə isti olacaq
-
Prezident İlham Əliyev iki nazir müavini təyin etdi
-
Yanğından mühafizə fəaliyyəti üzrə çalışan bəzi müəssisələrin lisenziyaları ləğv olundu
-
Göygöldə orta məktəbdə fövqəladə hadisələrlə bağlı məşq keçirilib
-
ARDNF-in səhm portfelinin dəyəri 12,5 mlrd. dollara çatıb
-
Babək rayonunun icra başçısı vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
-
“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir - Deputat
-
Prezident İlham Əliyev “Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik etdi
-
Ermənistanda etirazçılar İrəvan - Armavir yolunu bağladı
-
"Air Astana" Bakıya reyslərin sayını artırıb
-
Xarici ticarət dövriyyəsi niyə azalır?
-
Bakıda keçiriləcək beynəlxalq tədbirdə 700 qonaq iştirak edəcək
-
DİM mayın 5-də imtahanlar keçirəcək
-
Aktivləşən “Böyük Oyun”un ən təhlükəsiz seçimi - Azərbaycanın Mərkəzi Asiyada əhəmiyyəti artır