Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
2 Oktyabr 2020 13:09
42 511
Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp və Britaniya Şurasının (British Council) Azərbaycan üzrə direktoru Samr Şah ilə videokonfrans formatında görüş keçirib.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan və Böyük Britaniya arasında mövcud mədəni əlaqələr müzakirə olunub və bu əlaqələrin inkişafında hər iki tərəfin maraqlı olması qeyd edilib.
Eyni zamanda, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Britaniya Şurasının Azərbaycanda həyata keçirdiyi müxtəlif mədəni layihələr bərədə fikir mübadiləsi aparılıb. Həmçinin ölkədə mədəni siyasətinin inkişafına, yaradıcı sənayelər sahəsində araşdırma işlərinin aparılmasına Britaniya Şurası tərəfindən verilən texniki dəstək yüksək qiymətləndirilib.
Sonda A.Kərimov Azərbaycan və Böyük Britaniya arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verməsindən məmnunluğunu ifadə edərək, görüş iştiraklarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
24 Oktyabr 14:18
1 113
23 Oktyabr 12:36
1 988
22 Oktyabr 12:40
2 443