Əbülfəs Qarayev ABŞ-da Mədəniyyət

Əbülfəs Qarayev ABŞ-da

Tural

Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev cari ilin 26-31 yanvar tarixlərində ABŞ-da səfərdə olacaq. Azərbaycan dövlətinin həyata keçirdiyi mədəniyyətlər və sivilizasiyalararası dialoq siyasətini və təcrübəsini beynəlxalq aləmdə təbliğ etmək məqsədilə AR Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı və Dünya Turizm Təşkilatının birgə təşkilatçılığı ilə 2015-ci ilin 27 yanvar tarixində BMT-nin Baş Qərargahında, 28 yanvar tarixində isə ABŞ-da fəaliyyət göstərən Etnik Anlaşma Fondu ilə Nyu-York şəhərində "Bakı prosesi" və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimləri təşkil ediləcəkdir. 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq işçi qrupunun iclası da keçiriləcək tədbirlər sırasında yer alır.
Bununla yanaşı, səfər çərçivəsində Nazir Ə. Qarayevin BMT-nin Baş katibi Ban Ki Mun və onun Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Nassir Abdulaziz Əl-Nasser, eləcə də Etnik Anlaşma Fondunun rəhbəri Ravvin Mark Şnayr, Bruklin şəhərinin meri Erik Adams və digər yüksək səviyyəli şəxslərlə ikitərəfli görüşlərinin keçirilməsi planşlaşdırılır.
Məlum olduğu kimi 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu cari ilin 18-19 may tarixində Bakıda keçiriləcəkdir. Azərbaycan dövlətinin beynəlxalq layihəsi olan Forum YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə təşkil olunur.