İzel Seylani “Ən yaxşı aktyor" seçildi Mədəniyyət

İzel Seylani “Ən yaxşı aktyor" seçildi

Quzey Kıprıs Türk Cümhuriyyətinin istehsalı olan “Təslimat” adlı qısametrajlı film İspanyadan mükafatla qayıdıb.

"Xalq Cəbhəsi" xəbər verir ki, rejissoru Doğuş Özokutan, istehsalçısı Vasvi Çiftcioğlu olan qısametrajlı filmin baş rolunun ifaçısı İzel Seylani bu il 18-cisi düzənlənən Castilla-la Mancha Beynəlxalq Sosial Filmlər Festıvalında "Ən yaxşı aktyor" mükafatını qazanıb.

Qeyd edək ki, film Şərqi Aralıq dənizi Universiteti(DAÜ) və Mədəniyyət Departamentinin dəstəyi ilə post-prodakşn çəkilib.

İzel Ceylaninin oynadığı qısametrajlı film qızının əməliyyatı üçün pul ödəmək üçün bir qrup qaçqının həyatı ilə qumar oynayan bir sürücüdən bəhs edir.

Xatırladaq ki, "Təslimat" filmi bu günə qədər 11 ölkədə, 39 beynəlxalq festivalda nümayiş olunub.
Cavid