Qəzzada hərbi insident: İsrail PUA-sı öz mövqeləri yaxınlığında partladı
Ərdoğan: Türkiyə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi üçün Rusiya və Ukrayna ilə işləyir
Rütte: "Avropanın hərbi gücü ABŞ olmadan əməliyyatlar keçirməyə çatmir"
“Dağ-mədən və metallurgiya sənayesindən Azərbaycan iqtisadiyyatına xeyli dividendlər gələcək”
Elnur Bağırov: İqtisadi zonalar Azərbaycanda investisiya imkanlarını genişləndirir
14 Yanvar 2022 11:43
25 144
Bu gündən etibarən Mədəniyyət Nazirliyi olaraq layihəyönümlü mərhələyə keçid edirik.
Trend-in məlumatına görə, bunu mədəniyət nazirinin müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bunun məqsədi ilk növbədə idarəçiliyin təkmilləşdirilməsi və gücləndirilməsidir.
"Məhz bu ümumi islahat çərçivəsində elan etdiyimiz yanaşmalardan ən vacibi layihə yanaşması idi" - deyə, əlavə edib.
Nazir müavini qeyd edib ki, artıq bununla bağlı bütün sənədlər hazırlanıb və Mədəniyyət Nazirliyi tarixində ilk dəfə belə bir yanaşmanın tətbiqinə başlanılıb.
"Bunun üstünlüyü odur ki, layihə artıq təsbit olunmuş elmi yanaşmadır. Bütün dünyada qarşıda qoyulan məqsədlərə çatmaq üçün ən çox istifadə olunan metodologiyadır. Üstünlük odur ki, hər bir layihənin konkret məqsədləri var və məhdud resrurslarla həyata keçirilir" - o qeyd edib.
E.Əliyev onu da bildirib ki, bu yanaşma eyni zamanda nazirlik çərçivəsində koordinasiyanı gücləndirəcək.
"Yəni, şöbələrin bir-birilə əlaqələri, məlumat paylaşımı təkmilləşəcək. Digər tərəfdən bu, kadr potensialının gücləndirilməsi üçün vacib mərhələdir. Əməkdaşlar artıq layihə alətləri ilə işləyəcək və layihə meneceri kimi formalaşacaqlar. Bu da təbii ki strategiyamızın əsas məqsədlərindən olan insan kapitalı baxımından vacib addımdır" - nazir müavini bildirib.
12:00
581
24 Sentyabr 22:46
742
24 Sentyabr 14:52
938