Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
8 Fevral 2022 19:18
28 959
ABŞ-da 2022-ci il "Oskar" kino mükafatlarına namizədlərin adları açıqlanıb.
Trend-in məlumatına görə, "İlin ən yaxşı filmir" kateqoriyası üzrə "Belfast", "CODA", "Yuxarı baxmayın", "Avtomobilimi sür", "Düna", "Kral Riçard", "Biyan pitsası", "Qorxu xiyabanı", "İtin gücü", "Uestsayd hekayəsi" filmləri namizəd kimi irəli sürülüb.
"Ən yaxşı rejissor" adı uğrunda Kennet Brana ("Belfast"), Ryüsuke Hamaquçi ("Avtomobilimi sür"), Pol Tomas Anderson ("Biyan pitsası"), Ceyn Kampion ("İtin gücü") və Stiven Spilberq ("Uestsayd hekayəsi") mübarizə aparacaq.
"Ən yaxşı aktyor" kateqoriyasında Xavyer Bardem, Endrü Qarfild, Uill Smit, Benedikt Kamberbetç, Denzel Vaşinqton, "Ən yaxşı aktrisa" kateqoriyasında isə Cessika Çesteyn, Oliviya Kolman, Penelopa Kruz, Nikol Kidman, Kirsten Styuartın adları irəli sürülüb.
Qeyd edək ki, 94-cü "Oskar" mükafatlarının təqdimetmə mərasimi martın 27-də keçiriləcək.
11 Sentyabr 12:18
1 533
11 Sentyabr 11:07
1 505
11 Sentyabr 10:27
1 477